Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun gənc istedadları xüsusi təqaüdə layiq görüldülər.

21 iyun 2017 | 11:00

İyun ayının 21-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev musiqi sahəsində xüsusi istedadı olan bir qrup şəxslərin adlarının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər.
Bu şərəfli ada Yasamal rayonunun istedadlı gənclərindən Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Məmmədov Atilla Yasin oğlu və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Orucov Nihad Vüqar oğlu da layiq görüldülər.
Gənclərin təhsil aldıqları tədris müəssisəsinin rəhbərləri, eləcə də onların valideynləri göstərdiyi yüksək qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər