Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli Bakı Baza Tibb Kollecində “Məzun günü”

29 iyun 2017 | 11:00

2 nömrəli Bakı Baza Tibb Kollecində “Məzun günü” bayramı qeyd olundu. Kollecin tarixində ən gözəl və şərəfli günlərdən biri olan bu gündə 7 ixtisas üzrə 451 tələbə məzun adına layiq görüldü.
“Məzun günü” kollecin bayram əhval-ruhiyyəsində bəzədilmiş konfrans zalında keçirildi. Tədbir proqramının rəsmi hissəsində 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, tibb elmləri namizədi Dilarə xanım Məmmədəliyeva təbrik sözü ilə çıxış edərək kollecin tarixindən danışdı, gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı.
Yasamal rayon İcra Hakimiyyətinin başçisi İbrahim Mehdiyev öz çıxışında son illərdə respublikamızda səhiyyə sahəsindəki uğur və nailiyyətlərdən, dünya standartlarına cavab verən yüksək keyfiyyətli tibb müəssisələrinin fəaliyyətindən, bu səhədə çalışan peşəkar mütəxəssis və kadrlardan danışdı, gələcəyin tibb işçilərinə seçdikləri məsuliyyətli peşədə uğurlar arzuladı.
Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov məzunları təbrik edərək seçdikləri şərəfli sənət yolunda onlara uğurlar və müvəffəqiyyətlər dilədi.
Bayram tədbiri tibb işçilərinin andiçmə mərasimi ilə davam etdi. Sonra oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən məzunlar fəxri fərmanlarla təltif olundular.
Tədbirin bədii hissəsində 2 nömrəli Bakı Baza Tibb Kollecindən bəhs edən film nümayiş etdirildi. Daha sonra kollecin Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şer kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa”rəqs qrupunun ifasında müxtəlif rəqslər “Məzun günü”ndə yaddaqalan və xatirələrlə dolu anlar yaşatdı.

Keçidlər