Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.

05 may 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev mərkəzində ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı geniş mərasim keçirildi. İcra hakimiyyətinin Heydər Əliyev Mərkəzində keçirdiyi tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan rəsm və kitab sərgisi hamıda xoş ovqat yaratdı.
Tədbir başlamazdan öncə mərkəzin muzey bölməsində yerləşən ulu öndər, parlaq düha sahibi Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Tədbiri rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq vurğuladı ki , Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə böyük bir irs qoymuşdur. Azərbaycan Respublikasının iqtisadi, siyasi həyatını hərtərəfli əks etdirən bu irsi öyrətmək, qorumaq bu gün və bundan sonrakı nəsillərin qarşısında duran mühüm vəzifədir. Müstəqil dövlətimizin təşəkkül tapmasında , şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünyamiqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsindəki rolu danılmazdır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyevin titanik fəaliyyəti və adı ilə bağlıdır.
AMEA-nın tarix elmləri doktoru, Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycan dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə iqtisad elmləri doktoru, professor , Bakı Biznes Universitetinin rektoru İbad Abbasov və Böyük Vətən Müharibəsi iştirakçısı Musa Bağırov çıxış etdilər.
Tədbir bədii hissə ilə yekunlaşdı, şer və rəsm müsabiqəsi qalibləri mükafatlandırıldı.

 

Keçidlər