Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

28 aprel 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Təravət Muradova, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Filologiya elmləri doktoru Xədicə İsgəndərli, 1və 2 saylı Bakı Baza Tibb Kollecinin müəllim və tələbələri və KİV nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq  Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı uğurları, Azərbaycan tibb elmində etdiyi ixtiraları vurğuladı.
Akademik Zərifə xanım Əliyevanına həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
Filmin nümayişindən sonra 1 saylı Bakı Baza Tibb Kollecinin müəllimi Könül Musayeva məruzə ilə çıxış etdi.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun aparıcı elmi işçisi,Filologiya elmləri doktoru Xədicə İsgəndərli öz çıxışında Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən və “Terapevtik oftalmologiya”, “iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin və 12 monoqrafiya dərslik və dərs vəsaitinin , 150-yə yaxın elmi işin 1 ixtira 12 səmərəlişdirici təklifin müəllifi olduğunu vurğuladı.
Sonda 158 saylı tam orta məktəbin şagirdi Xeyransa Məmmədovanın ifasında sözləri Mirvari Dilbazinin olan “Zərifə xanım Əliyevanın xatirəsinə ithaf olunmuş” şer səsləndi.
Balayeva Hürriyə,Mustafa Kamal və Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin müəllimi Dilarə Əhmədova tərəfindən musiqili kompozisiya təqdim olundu.

Keçidlər