Gənclərin ekoloji mədəniyyət təşəbbüsünün artırılmasına dəstək
06 aprel 2017 | 11:00
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin ekoloji mədəniyyət təşəbbüsünün artırılmasına dəstək “ mövzusunda tədbir keçirildi.
Tədbirdə Yasamal rayon içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov, “Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyinin sədri Ehtibar Əsədov, həmin birliyin və “Gənclərin ekoloji mədəniyyət təşəbbüsünün artırılmasına dəstək” layihəsinin eksperti Mehman Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ülvi Adıgözəlov, Yasamal rayon 21 və 53 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.
Əvvəlcə qonaqlar Mərkəzin “Muzey” bölməsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə “Yeniləşən Azərbaycan Gəncliyi” İctimai Birliyinin sədri Ehtibar Əsədov açaraq, məhz ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edildiliyini vurğuladı.Bildirdi ki, əsas məqsəd gənclər arasında ekoloji mühitə dəyər vermək və ekoloji mədəniyyəti onlara aşılamaqdır.
Yasamal rayon İçtimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov öz çıxışında ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklərin, qazanılan təcrübələrin ekoloji mədəniyyətin yaranmasına səbəb olduğunu vurğuladı.
“Gənclərin ekoloji mədəniyyət təşəbbüsünün artırılmasına dəstək” layihəsinin eksperti Mehman Abbasov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ülvi Adıgözəlov öz çıxışlarında ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən birinin məqsədyönlü ekoloji təhsil almaq olduğunu və ətraf mühitə düzgün münasibətin ekoloji biliyə yiyələnməsi nəticəsində formalaşdığını vurğuladılar.