Şriftin ölçüsü :

Saytın rəngi :

Cabir Novruz – “Məni taparsınız şerlərimdə”

13 mart 2017 | 11:00

Yasamal rayonu 53 saylı tam orta məktəbdə xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunan “Məni taparsınız  şeirlərimdə” adlı bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqə xalq şairinin həyat və yaradıcılığından bəhs edən sənədli filmin nümayişi ilə başladı. Məktəbin direktoru Firəngiz Həsənova vurğuladı ki, Cabir Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların məhəbbətini  qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik növlü əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilib. Bildirdi ki, “Məni taparsız şerlərimdə” adlı bədii qiraət-şer müsabiqəsi Yasamal məktəbləri arasında keçirilir. Final mərhələsinə 12 məktəbli layiq görülüb.

Bakı şəhəri üzrə Təhsil idarəsinin rəisi Məhəbbət Vəliyeva şairin zəngin yaradıcılığından, onun poeziyasının inkişafındakı xidmətlərindən danışdı. Şairin vətəndaş ruhunun hakim olduğu poeziyası öz ilinin bədii gözəlliyi, rəvanlığı ilə seçilib.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova  qeyd etdi ki, Cabir Novruzun sözlərinə bəstələnən çoxsaylı mahnılar musiqi sevərlər tərəfindən rəğbətlə qarşılanıb. Əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunub. O, əsərlərində Azərbaycan poeziyasını, milli örnəklərini ,poetik irsimizin zəngin ənənələrini yaşadıb və yaradıb.

Cabir Novruz Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov da bildirdi ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd məhz milli-mənəvi dəyərlərimizi yaşatmaqdır. Vurğulandı ki, ədəbiyyat aləminə gəldiyi ilk illərdən o yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şerləriylə oxucuların dərin sevgisini qazanıb.
Onun şerlərinə bəslənən “Məhəbbət”, “Bakının qızları”, “Bulaq suyu dağ havası”, “Cavanlığım”, “Mənim duyğularım”, “Ömür keçir”, “Böyüməyə tələsmə”, “Məhəbbət ölməyəcək” və digər mahnılar görkəmli incəsənət ustalarının ifasında coşğu ilə qarşılandı.

Sonra finala çıxan şagirdlər şairin şerlərini söylədilər.

Keçidlər