Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfəri

23 mart 2017 | 11:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2017-ci ilin 23-26 mart tarixlərində Yasamal rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 27 nəfər məktəbli şagirdin “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərə yola düşdülər.

Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzdükdən sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova onları salamlayıb, uğurlar arzulayaraq dövlətin, xalqımızın gələcəyi olan uşaqlara göstərilən qayğıdan, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan bölgəsinə səfər edən Yasamal rayon məktəbliləri bu aksiyanı böyük sevinclə, coşqu ilə qarşıladılar.

Yasamal rayon ümumtəhsil məktəblərindən seçilmiş 27 əlaçı şagird 4 gün müddətində həkim və müəllimlərin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri və muzeyləri, gəzməli-görməli yerləri, adət-ənənələri ilə tanış olacaqlar. Məktəblilər ölkəmiz haqqında biliklərini zənginləşdirməklə yanaşı özlərinə yeni dostlar da tapacaqlar.

Məktəblilər və uşaqlarını yola salan valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Şagirdlər Yasamal rayon 24 saylı Uşaq Yaradıcılıq kollektivinin təşkil etdiyi təntənəli konsert proqramı ilə Heydər Əliyev adına hava limanına Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.

 

Keçidlər