Şriftin ölçüsü :

Saytın rəngi :

05 mart-Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş rayon toplantısı

03 mart 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında 5 mart-Bədən tərbiyəsi və idman gününə həsr olunmuş rayon toplantısı keçirildi.

Tədbiri giriş sözü ilə Yаsаmаl rаyon Gənclər və İdmаn İdаrəsinin rəisi İlham Səfərov açaraq toplantı iştirakçılarını salamladı. «Müstəqil Azərbaycanın idman tarixi» mövzusunda çıxış etdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 04 mart 2005-ci il tarixli sərəncаmı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, habelə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adı təsis edilmişdir. İlham Səfərov qeyd etdi ki, imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və ölkə idmançılarına olan tükənməz qayğısının bariz nümunəsidir. Son illər respublikamızın paytaxtı Bakı şəhəri çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etmişdir. Bunların arasında Bakı-2015 I Avropa oyunları, Formula-1 üzrə Bakı qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası xüsusi ilə qeyd edilməlidir. Cari ilin may ayında paytaxtımızda daha bir möhtəşəm idman bayramı IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu əlamətdar idman tədbirinə sayılı günlər qalır. Tezliklə Azərbaycan İslam dünyasının paytaxtına çevriləcəkdir. Yarışlara 57 ölkədən 6000 minədək idmançı və texniki heyət üzvünün qatılacağı gözlənilir. Əminliklə söyləyə bilərik ki, ölkəmiz bu idman bayramını da yüksək səviyyədə keçirərək İslam Həmrəylik Oyunları tarixində silinməz iz qoyacaqdır.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bакı şəhər Gənclər və İdmаn Bаş İdаrəsinin rəisi Raqif Abbasov, rayondan seçilmiş Millət vəkilləri Ülvi Quliyev və Elşad Həsənov da çıxış etdilər.

Tədbirə kikboksinq üzrə 22 qat Dünya Çempionu, Əməkdar məşqçi Eduard Məmmədov, güləş üzrə Dünya Çempionu Namiq Sevdimov və digər tanınmış idmançılar və rəsmi qonaqlar qatılmışlar.

Toplantıda bir qrup idmançı 5 mаrt-Bədən tərbiyəsi və idmаn günü münasibəti ilə və idmanda əldə etdikləri yüкsəк nаiliyyətlərə görə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Bundan əlavə, tədbirdə Yasamal rayon məktəbliləri arasında keçirilmiş XXVIII spartakiadanın və “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri müvafiq kubok və diplomlarla təltif edildilər.

Keçidlər