Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi

15 fevral 2017 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi. Rayon ictimaiyyətinin iştirak etdiyi yığıncaqda İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyevin hesabat məruzəsi dinlənildi.

O qeyd etdi ki, ötən il sənaye məhsulunun ümumi həcmi 125 milyon 400 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 2 milyard 90 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105 və 121 faiz təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 680 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 2 milyard 300 milyon manat təşkil etmişdir. Bir işçiyə orta aylıq əmək haqqı 5 faiz artaraq 622 manat hesablanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin yerli İcra hakimiyyətlərinin qarşısında qoyduğu vəzifələrin İcrasını təmin etmək məqsədi ilə rayonda xeyli iş görülmüşdür. Statistika Komitəsi Yasamal rayon şöbəsinin verdiyi məlumata görə hesabat dövründə 4567 yeni iş yeri açılmışdır. Onlardan 1457-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 3110-u isə fiziki şəxslərdən ibarətdir. Yasamal rayon Məşğulluq Mərkəzinə 9333 nəfər müraciət etmişdir. Onların 7283 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. 1198 nəfər daimi işlə təmin edilmişdir. Işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 579 nəfərə işsizlik statusu verilmiş, 583 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur. 1 fevral 2016-cı il tarixdən Yasamal Rayon İcra Hakimiyyətinin xətti ilə 808 yeni iş yeri açılmış, 782 nəfər işlə təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin Nazirlər Kabinetinin iclasında yekun nitqində qarşıda duran vəzifələrə dair qeyd etdiyi iki layihə bilavasitə rayonun ərazisində İcra olunur. Onlardan birincisi Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 8769 ünvanda ölçü işləri aparılmış, 3706 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqısatqı əməliyyatına təqdim olunmuş, onlardan 3617-sinə görə vəsait ödənilmişdir. 3797 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir. Ötən il avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təməlqoyma mərasimində iştirak etmiş, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən burada həyata keçirilən işləri yüksək qiymətləndirmişdir. Möhtərəm cənab Prezident eyni zamanda Bakı şəhərinin Baş Planının İcrasına dair öz tövsiyələrini də vermişdir. Artıq Təzəpir məscidinin ətrafında və Nəriman Nərimanov prospektindən Ismayıl bəy Qutqaşınlı küçəsinədək ərazidə köçürmə işlərinə başlanılmışdır.

Cənab Prezidentin nitqində toxunduğu ikinci məsələ “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil Inşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanından irəli gələn məsələlərdir. Fərmanın İcrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2016-cı il tarixli və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 iyun 2016cı il tarixli sərəncamlarına əsasən Xarici Dairəvi avtomobil yolunun kənarında, “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsi “Mənzil Inşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin istifadəsinə verilmişdir. Sosial evlərin tikintisi üçün ayrılmış ərazinin zəbt olunmuş 1,5 hektar hissəsində hasarlar ləğv edilmiş, 480 kv.m müxtəlif təyinatlı qeyri-qanuni tikili bilavasitə Yasamal rayon Polis Idarəsinin yaxından köməkliyi ilə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin texnikası və işçi qüvvəsi ilə sökülmüşdür. Ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev və xanımı Mehriban Əliyeva ilk 9 mərtəbəli yaşayış və məktəb binasının təməlqoyma mərasimində iştirak etdilər. Mənzillər güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcəkdir.

Ötən ildə Yasamal bələdiyyəsi tərəfindən müəyyən işlər görülmüşdür. Yeni Yasamal yaşayış massivində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı şəxslərin yaşadıqları Əsəd Əhmədov küçəsi, 31 A nömrəli evdə mərasim evi əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən cari təmir işləri aparılmış, binanın ətrafı abadlaşdırılmışdır.

Ötən il tam orta ümumtəhsil məktəblərimizin uğurlu göstəriciləri ilə də əlamətdar olub. Müsbət nəticələri ilə fərqlənən məktəblərdən Akademik Zərifə Əliyeva adına liseyin, Avropa liseyinin, 60 nömrəli tam orta məktəbin, Incəsənət Gimnaziyasının, Fizika-Riyaziyyat və Informatika Təmayüllü liseyin, 13 və 167 nömrəli tam orta məktəblərin ali təhsil müəssisələrinə yüksək qəbul göstəricilərini xüsusi qeyd etmək istəyirəm. Ümumilikdə rayonumuzun universitetlərə qəbulu 63 faiz təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində olmuşdur. Rayon sakinlərinin, hüquqi və fiziki şəxslərin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilmişdir. Payız-qış mövsümünə hazırlıqla bağlı Yasamal Rayon İcra Hakimiyyəti başçısının 11 avqust 2016-cı il tarixli 248 nömrəli sərəncamı ilə tədbirlər planı təsdiq edilmiş, kommunal xidmətlərlə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən son illərdə formalaşan ənənələr ötən il də davam etdirilib. 20 Yanvar faciəsinin 26-cı ildönümü, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Böyük Vətən Müharibəsində Qələbənin 71-ci ildönümü, Respublika Günü, dahi şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi və s. ilə əlaqədar tədbirlər keçirilib. “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təhsildə yüksək göstəriciləri ilə fərqlənən şagirdlərin mart ayında Naxçıvan Muxtar Respublikasına, noyabr ayında cənub bölgəsinə səfərləri təşkil olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yasamal rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır. Ötən ilin mart ayından mayın 10-dək hər həftənin şənbə və bazar günlərində Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə kampaniyası, yaşıllaşdırma işlər həyata keçirildi. Mayın 10da Bakı Dairəvi yolun kənarında ümumilikdə 3500 nəfərin iştirak etdiyi iməcilikdə 1500 dekorativ ağac və bəzək kolu əkildi.

Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi işləri davam etdiriləcəkdir. Təkcə qəzalı vəziyyətdə olan binalar deyil, vaxtı keçmiş, yöndəmsiz, əksər hallarda paytaxtın gün-gündən daha da gözəlləşən simasına xələl gətirən binaların yerində yeni, müasir binalar inşa ediləcəkdir.

Bu il digər inşaat layihələrinin İcrası nəzərdə tutulur. Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə ictimai yerlər, yeni yol infrastrukturu yaradılacaq. Möhtərəm Prezidentin tapşırığına əsasən bu il ərzində təsdiqlənmiş layihə tam İcra edilməlidir. Yeni, böyük bir ictimai park şəhər sakinlərinin istifadəsinə veriləcəkdir. Tarixi, dini abidəmiz olan Təzəpir məscidinin qarşısında böyük park yaradılacaqdır. Beləliklə, Təzəpir məscidinin mənzərəsi tam fərqli və möhtəşəm olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin Sərəncamı ilə 2017-ci il “Islam Həmrəyliyi Ili” elan edildi. Hesab edirəm ki, bu qərar ölkə rəhbərliyi tərəfindən multikultural dəyərlərin ön plana çəkildiyi ötən ildəki məramın məntiqə və məqsədəuyğun davamıdır.

Ötən ilin yekunlarına həsr olunmuş toplantıda millət vəkillərindən Elşad Həsənov, Ülvi Quliyev, Dövlət Pedaqoji Kollecin direktoru Qulu Novruzov, rayon Polis Idarəsinin rəisi Isfəndiyar Möhbalıyev, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdilər.

Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxslərə rayon İcra hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Tədbiri yekunlaşdıran rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev əminliklə vurğuladı ki, rayonda 2017-ci ildə inkişaf tempi uğurla davam etdiriləcəkdir.

Yığıncağın sonunda Prezident Ilham Əliyevə müraciət qəbul olundu.

Keçidlər