Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrən ümayəndəliyinin 2016- ci ilin social – iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

10 yanvar 2017 | 11:00

21 saylı tam ortaməktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin social – iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev iclasa sədrlik edərək nümayəndəliyin 2016-cı il ərzində gördüyü işlər barəsində hesabat məruzəsi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, il ərzində Nümayəndəlik xeyli işlər görmüşdür.

Beləki, çoxmənzilli binalarda və evlərdə ev təsərrüfatı və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işləri aparılmış, ərazidə 61547 sakin, 16937 təsərrüfat olduğu faktı müəyyən edilmiş, bunlar 207 uçot kitabında qeydə alınmış və mütəmadi olaraq dəqiqləşdirmə işləri davam edir. Bəzi məhəllələrdə asfalt örtüyü salınmış, abadlaşdırma işləri görülmüşdür. Sakinlərin sifarişini nəzərə alaraq binalarda dam örtükləri təmir olunmuş, su, kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülmüşdür.

Nümayəndəlik ərazisində fəaliyyət göstrən dövlət qurumları, Yasamal rayon Bələdiyyəsi qeyri hökümət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmiş, ictimai social tədbirlərdə iştirak etmişdir.

Şərifzadə küçəsi 132,134 ünvanlarında abadlıq işləri aparılmışdır. Sakinlərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün həmin ünvanlarda oturacaqlar və günlüklər quraşdırılmışdır. Xiyabanı küçəsində yerləşən 9 mərtəbəli binanın və Şərifzadə küçəsi 94-də yerləşən 5 mərtəbəli binanın fasad hissəsi təmir olunmuşdur. Şərifzadə küçəsi 130, 132, 136, 160, 164, Zərdabi küçəsi 71 və A.Abbasov küçəsi 1, 3, 5 ünvanlarında yeni asvalt örtüyü salınmışdır. “İDEA” ictimai birliyinin təşəbbüsü ilə ölkədə gedən ağacəkmə kompaniyasına qoşularaq Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xarici Dairəvi yolda Badamdar otelinin yaxınlığında iməclik keçirərək ağaclar əkilmişdir. Avtomobillərin satış bazarı qarşısında olan ərazidə şam ağacı, dekorotiv gül, yaşıllıq zolağı salınmışdır. Qanlı göl yaşayış massivində 12 ünvanda qanunsuz zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar və çəpərlər sökülmüşdür.

Ç.K.Əliyev bildirmişdir ki, qarşıda duran vəzifələrimiz Yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə əsasən Rayon İcra Hakimiyyəti Başçısının tapşırıqlarını yerinə yetirmək, Nümayəndəliyin fəaliyyətni təsdiq edən iş planında nəzərdə tutulan bütün işləri təşkil etmək, ərazidə mənzil–kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini Rayon İcra Hakimiyyəti Başçısının müəyyən etdiyi formada əlaqələndirməkdir.

Yığıncaqda Yasamal rayonu 21 saylı məktəbin direktoru Rəna Ağazadə çıxış edərək rayonda gedən abadlıq, quruculuq işlərində Nümayəndəliyin xüsusi rolunun olmasını vurğulayaraq gördükləri işlərin qənaətbəxş hesab etdiklərini qeyd etmiş, dövlətimizin təhsilə, məktəblərə göstərilən diqqət və qayğısı nəticəsində məktəblərdə gedən yenidənqurma işlərindən, məktəblərdə yaradılmış şəraitdən bəhs etdi.

Daha sonra Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov iclasda çıxış edərək rayonda gedən abadlıq və quruculuq işləri, binalarda yaşayan sakinlərin sosial problemlərinin həll olunması, köhnə binaların fasadlarının təmir olunması, abad həyətlərin salınması, yaşıllıqların qorunması üçün lazımı işlərin görülməsinə göstərilmiş diqqət və qayğıdan, rayonda gedən abadlıq və quruculuq işlərindən bəhs edərək Prezidentimizə və Başçımıza, bu işdə yaxından iştirakı olan Nümayəndəliyə minnətdarlığını bildirdi.

Sonda Yasamal rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Yasamal rayonuna göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları Nümayəndəliyin 2016-cı il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.

 

 

 

Keçidlər