Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirildi.

24 noyabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və “Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası tərəfindən “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” layihəsi üzrə tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, şöbə müdirinin müavini dini məsələlər üzrə işin təşkilatçısı Vaqif Məmmədov, “Rezonans” Gənclərin İctimai birliyinin sədri Əhməd Abbasbəyli, Dövlət İdarəçilik Akademiyasının müəllimi İsmayıl Kərimov, Yasamal rayon Bələdiyyəsi üzvləri, rayon idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular, Ulu öndərin büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə Zöhrab Cəfərov açaraq bildirdi ki, Qeyri-Hökumət təşkilatlarının və kutləvi informasiya vasitələrinin fəaliyyəti maarifləndirmə xarakteri daşıyır və açıq hökumətin prinsipləri şəffaflıq, iştirakçılıq və əməkdaşlıqdan ibarətdir. İsmayıl Kərimov mühazirə ilə çıxışı zamanı Hökümət – Dövlət və Hökumətin vətəndaşlara açıq hökumət anlayışının çoxmənalı termin olduğunu , və bu terminin cəmiyyət, məlumatların,standartların əksi,açıq interfeys ,mənbə proqramlarını və açıq kommunikasiya sistemlərini əhatə etdiyini qeyd etdi.

Sonra Əhməd Abbasbəyli çıxışında Azərbaycanda açıq hökumətin tarixçəsindən, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulmuş ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsindən danışdı.

Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylandı, anket sorğusu keçirildi.

Keçidlər