Şriftin ölçüsü :

Saytın rəngi :

“Birlik və inkişaf modeli olan Azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirildi

23 noyabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi tərəfindən “Birlik və inkişaf modeli olan Azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini , dini məsələlər üzrə işin təşkilatçısı Vaqif Məmmədov, Baki Dövlət Universitetin professoru Cahangir Məmmədli, “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rəhilə Mehdiyeva, birliyin əməkdaşları, 1saylı Bakı Tibb Kollecinin və Azərbaycan Dövlət Pedagoji Kollecinin müəllim və tələbə kollektivi iştirak etdilər.

Qonaqlar Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular,ulu öndərin büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan Vaqif Məmmədov bildirdi ki, hazırda dünyanın müxtəlif ölkələrində 400-dən çox diaspor təşkilatı fəaliyyət göstərir və onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhvəsini verir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın təntənəsi, Azərbaycan həqiqətlərinin dünyada get-gedə daha çox tanınması və qəbul edilməsi deməkdir.

Birliyin əməkdaşı Soltanova Gülşən mühazirə ilə çıxış edərək vurğuladı ki, “Azərbaycançılıq vahid və bölünməz Vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli "mən"inlə tanınmaq deməkdir. Belə ki, dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının bu ideya, məfkurə ətrafında birləşməsi milli həmrəyliyin yaranmasında ümdə rola malikdir. Təsadüfi deyil ki, azərbaycançılıq amili eyni zamanda birləşdirici bir məfhum kimi qəbul olunur”.

Professor Cahangir Məmmədli və Birliyin sədri Rəhilə Mehdiyeva öz çıxışla- rında vürğuladılarki, dahi şəxsiyyət Heydər Əliyev nəinki Müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdı.

Sonda tədbir iştirakçiları arasında diskussiya keçirildi.

Keçidlər