Şriftin ölçüsü :

Saytın rəngi :

1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü

01 dekabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü “nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Emin Babayev, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Babayeva, aparıcı məsləhətçisi Tomris Hacıyeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, 1saylı Bakı Tibb Kollecinin ,Azərbaycan Dövlət Pedaqoji Kollecinin,Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllim və tələbə kollektivi iştirak etdilər.

Qonaqlar Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular,ulu öndərin büstünü ziyarət edərək əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə Mərkəzin Kiçik elmi işçisi Günel Həsənova açaraq öz mühazirəsində bildirdi ki, 1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.1988-ci ildə təsis edilmiş 1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə mübarizə günü kimi elan edib.Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaratdı.

Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu Asif Kəngərli QİÇS xəstəliyinin kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlindiyini vurğuladı. Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarəti altındadır.QİÇS-ə yoluxmuş 330 nəfərdən 210-da yoluxma məhz narkotik istifadə nəticəsində aşkarlanmışdır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət komissiyasının narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində gördüyü işlərdən, Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyətdən, eləcə də profilaktik tədbirlərdən və qorunma yollarından danışdı.

Mərkəzin direktoru Naminə Ömərova öz çıxışında bildirdi ki, Milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan QİÇS-ə yoluxa bilər.QİÇS haqqında məlumatı olmayan, yaxud məlumatı olan, lakin fərdi qorunma qaydalarına riayət etməyən hər kəs bu infeksiyaya yoluxa bilər.

Sonda Asif Kəngərlinin “Bəla” pyesinin III pərdəsindən film nümayiş olundu.

Keçidlər