Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü

11 noyabr 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbdə “Konstitusiya günü” münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə qonaqlar məktəbin foyesində “Konstitusiya günü” ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri, inşa yazıları və divar qəzetlərinin sərgisi ilə tanış oldular.Sərgidə nümayiş olunan bu materiallar “Konstitusiya günü” nə həsr olunmuş müsabiqənin yekun nəticələrinə uyğun sərgilənmişdir. Yuxarı sinif şagirdlərinin muncuqlardan hazırladığı “Konstitusiya kitabı” - I yerə, inşa-yazıIarı – II yerə, divar qəzetləri isə III yerlərə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut Sadıqova açaraq Azərbaycan Respublikasının Konsitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Y.Sadıqova Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini və bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz möhkəmlənmiş, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoymuşdur. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.

Tədbirdə məktəbin 2B sinif şagirdləri ədəbi- bədii kompozisiya ilə çıxış etdilər. X-XI sinif şagirdlərinin ifasında səslənən mahnı və rəqslər tədbirə xüsusi rəngarənglik qatdı.

Keçidlər