Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı və Azərbaycan 25 ildə gender mədəniyyətinə doğru

03 noyabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin təşkilatçılığı ilə “Məişət zorakılığı və Azərbaycan 25 ildə gender mədəniyyətinə doğru” mövzusunda seminar keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, AMEA-nın fəlsəfə və hüquq institutunun politolojiya şöbəsinin müdiri, professor, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin elmi katibi Hüseyn İbrahimov , Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin əməkdaşları, 1nömrəli Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, tələbələri, Tələbə və Gənclər Təşkilatlarının nümayəndələri iştirak etdilər.

Seminar iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular,ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad etdilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açaraq, zorakılıq insana psixoloji,sosial, iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsi olduğunu,zorakılıqların baş verməsinin əsas səbəbinin insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasını vurğuladı.

Professor, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə öz çıxışında 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyini və həmin Qanunun əsas məqsədinin məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi olduğunu qeyd etdi.

Digər çıxışçılar- Naminə Ömərova, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdir müavini Vaqif Məmmədov,eləcə də aparatın “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə komissiyanın məsul katibi Seymur Nağıyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin elmi katibi Hüseyn İbrahimov öz çıxışlarıında məişət zorakılığı ilə bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac olduğunu bildirdilər.

Seminarın sonunda tələbələrlə tədbir çıxışçıları arasında diskussiya keçirildi, anket sorğusu aparıldı.

Keçidlər