İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq imzaladığı “İ.Ə.Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Əsgər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bu sərəncam rayon İcra Hakimiyyəti Başçısının aparatı və bütün rayon ictimaiyyəti tərəfindən böyük hüsn-rəğbət və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqla qarşılanmış, son illərdə Yasamal rayonunda həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinə ölkə rəhbərliyi tərəfindən verilən yüksək qiymət kimi dəyərləndirilmişdir.