Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyətinin nümayəndələri “Zəfər dastanı – Sazın, sözün qüdrətində” adlı konsert proqramında iştirak ediblər

16 noyabr 2026 | 22:46

Beynəlxalq Muğam Mərkəzində “Sazın səsi, sözün nəfəsi” adlı layihə çərçivəsində “Zəfər dastanı – Sazın, sözün qüdrətində” adlı konsert proqramı keçirilib.

Qəhrəmanlıq tariximizə və Zəfər salnaməmizə həsr olunan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsert proqramında Azərbaycan xalqının zəngin aşıq sənəti, milli musiqi ənənələri və qəhrəmanlıq salnaməsi bədii kompozisiyalar vasitəsilə təqdim olunub. Sazın və sözün qüdrətini özündə əks etdirən musiqi nömrələri iştirakçılara unudulmaz anlar yaşadıb. Tədbirdə Azərbaycanın tarixi Zəfərinin, milli-mənəvi dəyərlərinin və qəhrəmanlıq ənənələrinin təbliğinin əhəmiyyəti ön plana çəkilib.

Keçidlər