Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hacılı Feyruz Bəhruz oğlunun anım mərasimi keçirilib

18 oktyabr 2026 | 12:25

Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, Hacılı Feyruz Bəhruz oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Ülvi Quliyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Qeyd olunub ki, Feyruz Hacılı 3 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olmuşdur. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 17-də şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Şəhid Hacılı Feyruz Bəhruz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda"medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər