Yasamal rayonunda şəhid Nurlan Mustafayevin anım mərasimi keçirilib
11 oktyabr 2026 | 12:30
Hərbi Memorial Məzarlıqda şəhid Mustafayev Nurlan Hamlet oğlunun vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xalqımızın yaddaşında daim yaşayacağı, onların fədakarlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb
Mərasim şəhidin ruhuna duaların oxunması ilə başa çatıb.








