Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib

07 oktyabr 2026 | 16:08

Vətən müharibəsində şəhid olmuş Hüseyn Tağıyevin şəhadətinin 6-cı ildönümü ilə əlaqədar Yasamal rayonunda anım mərasimi keçirilib.Hərbi Memorial məzarlıqda keçirilən mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  şəhidin ailə üzvləri, yaxınları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Hüseyn Tağıyevin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.Mərasimdə Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, Hüseyn Tağıyev kimi igid oğullarımızın həyat yolu, vətənpərvərliyi və şücaəti gələcək nəsillər üçün əsl örnəkdir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailə üzvlərinə başsağlığı və ehtiramını çatdıraraq qeyd edib ki, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması, onların ailə və yaxınlarına diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, Hüseyn Tağıyev 8 avqust 1991-ci ildə anadan olub, 5 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub. Onun əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Keçidlər