Şriftin ölçüsü :

Saytın rəngi :

Təzə Pir məscidində şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb

27 sentyabr 2026 | 16:10

Yasamal ictimaiyyəti Təzə Pir Məscidində təşkil olunan ehsan mərasimində bir araya gəlib. Mərasimdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Çıxışlarda şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağı, onların əziz xatirəsinin daim ehtiramla anılacağı vurğulanıb. Tədbir iştirakçıları şəhid ailələrinə dərin hörmət və ehtiramlarını ifadə edərək, dövlətimizin şəhidlərin xatirəsini hər zaman uca tutduğunu qeyd ediblər.

Keçidlər