Yasamal ictimaiyyəti Anım Gününü qeyd edib
27 sentyabr Anım Günü Yasamal rayon ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd edilib. Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib. Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Hərbi Memorial Məzarlıqda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib, əziz xatirələri yad edilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.
Daha sonra mərasim iştirakçıları Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edib, memorial önündə şəhidlərin əzizi xatirəsini yad ediblər.








