Şəhid övladının ilk dərs sevinci
16 sentyabr 2026 | 14:37
Bu gün Yasamal rayon sakini, 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Müslümov Elşən Habil oğlunun qızı Elnaz Müslümova Bakı İstanbul Liseyində birinci sinifə qədəm qoyub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev birincini bu əlamətdar gün münasibətilə təbrik edib, ona yeni tədris ilində uğurlar diləyiblər.








