Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladının ilk dərs sevinci

14 sentyabr 2026 | 17:18

Yasamal rayonundakı "Park Yasamalda" "Simurq Liseyi by LANDAUnun 2026/2027-ci tədris ilindən etibarən yeni korpusunun fəaliyyətə başlamasının açılış mərasimi keçirildi. Açılış mərasimində iştirak edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək Yasamal rayonu üzrə 2025-2026-cı tədris ilinin yekun nəticələrini diqqətə çatdıraraq Yeni tədris ilində hər kəsə uğurlar arzuladı.

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Yolçuyev Azad Nizami oğlunun övladı Həbibə Yolçuzadə də bu il Simurq liseyinin birinci sinfində təhsil alacaq. Onun bu sevincini paylaşmağa  əzizləri, doğmaları ilə yanaşı Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi və şəhidin döyüş yoldaşları da qoşuldular. Dövlətimizin şəhid övladlarına, onların təhsilinə, sağlamlığına və gələcəyinə olan qayğısı xüsusi əhəmiyyət daşıyır.

Yeni fəaliyyətə başlayacaq bu korpus geniş və funksional sinif otaqları, kitabxana, idman və akt zalları, oyun zonaları və tədrisi dəstəkləyən müasir mühitlə formalaşdırılır. Burada hər detal şagirdin rahatlığı və inkişafı nəzərə alınaraq düşünülmüşdür. Liseydə yüksək təhsillə yanaşı şagirdlərə milli dəyərlərimiz, dürüstlük, ədalət prinsipi, qarşılıqlı hörmət və məsuliyyət də aşılanır.

 

Keçidlər