Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətləri qəbul edilib, həlli ilə bağlı tapşırıqlar verilib

04 avqust 2026 | 15:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların problemlərinin operativ həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Yasamal rayonunda sakinlərin növbəti qəbulu keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini icra hakimiyyətinin inzibati binasında qəbul edərək onların müraciət və şikayətlərini dinləyib. Sakinləri salamlayan icra başçısı onların müraciətlərinin diqqətlə araşdırılacağını və qanunvericiliyə uyğun şəkildə həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar əsasən Sovetski ərazisində dövlət ehtiyacları üçün torpaqların alqı-satqısı, məşğulluq məsələləri, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrasının təmin edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.

Keçidlər