Şriftin ölçüsü :

Saytın rəngi :

Türk Dünyası Atatürk Liseyində məzuniyyət mərasimi keçirilib

05 iyun 2026 | 19:12

Bakıda fəaliyyət göstərən Türk Dünyası Atatürk Liseyində 2025–2026-cı tədris ilinin məzunları üçün təntənəli məzuniyyət mərasimi təşkil olunub. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Çıxış edən natiqlər məzunları təbrik edərək onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar. Bildirilib ki, Türk Dünyası Atatürk Liseyi Azərbaycan-Türkiyə qardaşlığının və ortaq təhsil dəyərlərinin təcəssümü olaraq gənclərin vətənpərvər, bilikli və müasir dünyagörüşlü vətəndaşlar kimi yetişməsinə mühüm töhfə verir. Mərasimdə fərqlənən şagirdlərə diplom və mükafatlar təqdim olunub, məzunların hazırladığı bədii proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdiriblər. Tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Keçidlər