Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş təşkil olundu

25 may 2026 | 16:10

Mayın 25-də Beynəlxalq Qadınlar Klubunun dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirildi.

Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dəyirmi masada Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin  Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Samir İsmiyev, Beynəlxalq Qadınlar Klubunun sədri-Hind Klinikasının direktoru xanım Racani Çandra DMello, klubun üzvləri, Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Sara Xatun İctimai Birliyinin sədri Pərvanə Abbasova, Şəhid ailələrinin üzvləri və qazilər iştirak etdilər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, Azərbaycan Ordusunun rəşadətindən, Vətən uğrunda canlarını fəda etmiş mərd oğullarımızın hünərindən söz açaraq, qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasından danışdılar.

Sonda Şəhid ailələrinə və qazilərə Beynəlxalq Qadınlar Klubunun hədiyyələri təqdim olundu.

Keçidlər