Şriftin ölçüsü :

Saytın rəngi :

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib

22 may 2026 | 16:40

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Ticarət və Xidmət Departamenti, eləcə də Yasamal rayonu ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev açılış nitqi ilə, Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.

Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, eləcə də istehlakçı hüquqlarının müdafiəsinə dair mövcud qanunvericiliyin tələbləri və normativ çərçivələri barədə məlumat verilib, bu istiqamətdə təsərrüfat subyektlərinin üzərinə düşən vəzifələr izah edilib və pozuntuların baş verdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb. Həmçinin Agentliyə daxil olan müraciətlərin araşdırılması mexanizmləri, istehlak bazarına nəzarət çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, Agentliyin maarifləndirmə fəaliyyətinin istehlakçı hüquqlarının müdafiəsində rolu xüsusi vurğulanıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” barədə 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının icrası çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən investor və sahibkarlıq subyektlərinin qarşılaşdıqları problem və çətinliklər öyrənilib, onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün köməklik göstərilib, habelə dövlət–biznes əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə bu formatda görüşlərin mütəmadi olaraq keçirilməsinin diqqətdə saxlanıldığı bildirilib.

Keçidlər