Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda növbəti ekoloji aksiya

16 aprel 2026 | 12:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-ci ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda növbəti ekoloji aksiya baş tutub.  Aksiyada Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Yasamal rayon təşkilatının partiya fəalları, Yasamal Bələdiyyəsinin üzvləri iştirak ediblər. Aksiya çərçivəsində Bakıxanov və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən yamaca 400 ədəd sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.

Keçidlər