Milli Qəhrəman yad edilib
Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev doğum gününün 50 illiyində Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarı önündə yad edilib. Hərbi Memorial Məzarlıqda baş tutan mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Yasamal RİH başçısının müavinləri Təravət Muradova və Orxan Məmmədov, aparat əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, adını daşıyan idman klubunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Murad Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.








