Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib

12 mart 2026 | 17:15

12 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov və Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

Mərkəzin əməkdaşları tərəfindən təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, “Dövlət Qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu-Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları, , müsahibədə iştirak etmək istəyən şəxslərin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portal vasitəsilə dövlət orqanlarına təqdim olunması prosesi ilə bağlı ətraflı danışılıb, dövlət qulluğu sahəsində təlimlər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr edilib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər