Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılıb
07 mart 2026 | 09:15
Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılıb. 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan bu tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və müxtəlif sahələrdə çalışan xanımlar, şəhidlərimizin xanımları və ailə üzvləri da iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı onları təbrik edərək cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzulayıb.








