Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal ictimaiyyəti Xocalı soyqırımını yad edir

25 fevral 2026 | 15:30

Xocalı soyqırımının 34-cu ildönümü Yasamal rayon ictimaiyyəti tərəfindən qeyd edilib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə təşəbbüsü ilə anım mərasimi keçirilib. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP fəalları, millət vəkilləri, Yasamal rayon ziyalıları və şəhid ailələri iştirak ediblər. Dövlət Himni səsləndirilib. Mərasimdə Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən filmin baxışı keçirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vasif Qafarov ermənilərin tarix boyu törətdikləri kütləvi qırğınlardan danışdı. Bildirildi ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub. Qeyd olundi ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Xocalı və digər ərazilərimiz tam azaddır və ərazi suverenliyimiz tam təmin olunub.

Tədbirin sonunda Xocalı soyqırımı mövzusunda 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbə kollektivinin bədii kompozisiyası nümayiş etdirildi.

Keçidlər