Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib

15 yanvar 2026 | 16:48

Yasamal rayonu 53 saylı tam orta məktəbdə şagirdlərin valideyinlərin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda narkotiklər və onların fəsadları barədə maarifləndirici tədbir keçirilib.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Narkomanlığa və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri Hüseyn Əfəndiyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Tədqiqat şöbəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin məsul əməkdaşı iştirak edib.

Çıxış edən tədbir iştirakçıları bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri isə maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Ailədə valideynlə övlad arasında qarşılıqlı inamın olması vacib şərtdir. Bununla bərabər, məktəblərdə geniş maarifləndirmə işinin aparılması valideynlər və şagirdlər arasında narkomaniyanın profilaktikasının həyata keçirilməsi şagirdlərdə narkotiklərdən uzaq durma mövqeyini formalaşdırılması ilə nəticələnir.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin könüllülərinin iştirakı ilə Hüseyn Cavid parkında maarifləndirici aksiya keçirilib, sakinlərə broşuralar paylanaraq məlumat verilib.

Keçidlər