Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini yad edir

11 dekabr 2025 | 17:55

Bu gün Yasamal rayonu İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP fəalları, ali məktəb rektorları, ziyalılar və icitmaiyyət nümayəndələri iştirak etdilər.Öncə mərasim iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoyduar, daha sonra əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dövlət Himni səsləndirildi. Daha sonra isə Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli filmin baxışı keçirildi.Tədbirin giriş hissəsində Ümummilli Liderin müasir Azərbaycan dövlətinin qurulmasında və təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıldı.

Tədbirdə geniş nitqlə çıxış edən Milli Məclisin deputatı Eldar İbrahimov Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin izlər buraxdığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. Bu gün Ulu Öndərin siyasətinin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Natiq Ulu Öndərlə bağlı xatirələri ilə bölüşdü, onun siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açdı, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı prosesində müstəsna rolundan söz açdı.

Tədbir xalq artistləri Məleykə Əsədova və İlqar Muradovun ifaları ilə bədii hissə ilə başa çatdı.

Keçidlər