“Zəfərindən güc al” adlı ABAD məhəllələrarası minifutbol turnirində Bakı şəhəri üzrə 1-ci yerin Yasamal komandası tutub
05 noyabr 2025 | 16:37
Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şanlı Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfərindən güc al” adlı ABAD məhəllələrarası minifutbol turnirinin final mərhələsi keçirilmişdir. 1266 yeniyetmənin qatldığı bu yarışda 123 komanda iştirak edib. Final oyununda Yasamal və Sabunçu komandaları qarşılaşıb. Yasamal rayonunu təmsil edən Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin komandası qələbə qazanaraq Bakı şəhəri üzrə 1-ci yerin qalibi olub, “Kubok və Diplom”la təltif olunub.








