Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qabaqcıl müəllimlərlə görüşdü

03 oktyabr 2025 | 15:49

Yasamal Rayon İcra Hakimiyyətində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun ümumtəhsil məktəblərinin qabaqçıl pedaqoqları ilə görüş keçirilib. Görüşün əvvəlində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğuladı ki, 5 Oktyabr yalnız bir bayram deyil, elmə, təhsilə, milli kimliyimizə və gələcəyimizə xidmət edən insanların günü kimi dəyərlidir.

Daha sonra müəllimləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli liderimiz Heydər Əliyevin "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırlatdı. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə xüsusi qayğı göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Hal-hazırda azad edilmiş Qarabağda sürətlə yeni məktəblər tikilir və istifadəyə verilir. İndi biz Qarabağı bərpa edirik və ora həyat, təhsil, tədris qayıdır.

Yasamal RİH-in başçısı vurğuladı ki, müəllimlər təhsil sisteminin hərəkətverici qüvvəsidir. Qeyd etdi ki,müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Daha sonra söz alan müəllimlər bildirdilər ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı edib.Təbirdə çıxış edən müəllimlər bu sahənin inkişafına dair öz fikir və mülahizələri ilə bölüşdülər.

Daha sonra müəllimlərə Yasamal Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi və xatirə fotosu çəkildi.

Keçidlər