Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon icra hakimiyyətində idmançı qazilərlə görüş keçirilib

26 sentyabr 2025 | 15:29

Yasamal Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr-Anım Gününə həsr olunmuş “İdman zalından 44 günlük Vətən müharibəsinə gedən yol”  adlı tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH aparatının məsul əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və 44 günlük Vətən müharibəsinin qaziləri iştirak ediblər.  Öncə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun rəisi İlham Səfərov Vətən Müharibəsində idmançılarımızın iştirakından və onların döyüşdə nümayiş etdirdiyi qəhrəmanlıqdan söhbət açdı.

Tədbir iştirakçılarını salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  44 günlük Vətən müharibəsinin başlanğıcı olan 27 sentyabrın igid övladlarımızın fədakarlığının rəmzinə çevrildiyini qeyd etdi.Bildirildi ki, idmançılar idman meydanında qazandığı parlaq qələbələri Vətən uğrunda döyüş meydanında da davam etdirdilər. İdman zalında toplanan güc, iradə və dözümlülük 44 günlük müharibədə qəhrəmanlıq dastanına çevrildi. İdmançı qazilər həm idmanda, həm də döyüşdə qalib oldular – bununla da bütün Azərbaycan gənclərinə örnək göstərildilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki,Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yetişən gənclər idmanda olduğu kimi, torpaqlarımızın azad olunmasında da böyük şücaət göstərdilər.Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqının birliyi, ordumuzun gücü və Ali Baş Komandanın qətiyyəti qarşısında heç bir qüvvə dayana bilməz.                                                                                                                                             

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Vətən müharibəsi iştirakçısı, karate üzrə 4 qat dünya və 2 qat Avropa çempionu Yusif Əhmədov,Vətən müharibəsi iştirakçısı, MMA üzrə 3 qat dünya, 2 qat Avropa çempionu Elçin Hüseynov və digər natiqlər 44 günlük Müharibədə Azərbaycanlı idmançıların cəsarətindən və onların zəngin həyat yolundan danışdılar.Tədbir təltif etmə və xatirə fotosunun çəkilişi ilə başa çatdı.

Keçidlər