Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalın aztəminatlı sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib

16 iyul 2025 | 17:05

Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş Yasamal Rayon Heydər Əliyev Mərkəzində Yasamal rayonunun aztəminatlı sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib.

Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, hüquq şöbəsinin müdiri Sabir Tahirzadə və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanovun iştirakı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqşünasları tərəfindən Yasamal rayon sakinləri qəbul edilərək dinlənilib, müraciət etdikləri məsələlərə dair növbəti ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

“Pro Bono” vəkil bürosunun vəkilləri tərəfindən ümumilikdə 21 aztəminatlı Yasamal rayon sakinlərinə müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə müraciətləri dinlənilərək məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.

Keçidlər