Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal parkında “UŞAQLARIN RƏNGLİ DÜNYASI” adlı festival keçirildi

01 iyun 2025 | 17:00

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “ Konstitusiya və Suverenlik ili” şərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Yasamal parkında “UŞAQLARIN RƏNGLİ DÜNYASI” adlı əlilliyi olan uşaqlar üçün festival keçirildi.

Festival UNEC inklüziv təhsil mərkəzinin və Zəfər Yolu İctimai birliyinin birgə təşəbbüsü ilə təşkil olundu. İştirak edən qonaqlar festival boyunca parkda sərgilənən uşaqların əl işləri ilə də tanış oldular.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Festival çərçivəsində müxtəlif əyləncəli proqramlar, rəqslər, idman oyunları,şən klounların çıxışları və incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndi.  

Təbdirdə iştirak edən balacalar əyləncəli və yadda qalan gün keçirdilər.

Festivalda  UNEC İnklüziv təhsil mərkəzinin direktoru Sevinc Məhsimova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin deputatı Elnarə Akimova, Zəfər Yolu İB sədri Pərvanə Abdullayeva çıxış etdilər.

Festivalda iştirak edən qurumlar  tərəfindən əlilliyi olan uşaqlara hədiyyələr təqdim olundu.

Keçidlər