Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndərin xatirəsini anıb

10 may 2025 | 14:09

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparatın kollektivi Ümummilli Liderin əziz xatirəsini yad ediblər. Öncə İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu, xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yasamal rayon Heydər Əliyev Mərkəzində foyedəki sərgiyə baxış keçirildi, Ulu Öndərin abidəsi ziyarət olundu və gül dəstələri qoyuldu. Sonra isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla andılar.

Keçidlər