Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sakinlərlə görüşdü, xidmət və qurumlardan daha operativ iş tələb etdi

08 may 2025 | 16:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı Fizika,riyaziyyat və informatika təmayüllü liseyin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil növbəsi, fərdi evlərdə konstruksiya dəyişikliyi, qurumuş və təhlükə yaradan ağacların budanması, bina damlarının təmiri, tibbi müalicəyə dəstək, ixtisar edilmiş sosial işçilərin işdə bərpası və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. RİH başçısı vətəndaş müraciətlərinin həllində bəzi qurum və idarələrdən daha operativ və çevik hərəkət etməyi tələb etdi.Bildirildi ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müxtəlif bürokratik əngəllər aradan qaldırılmalıdır.Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər