“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib
05 may 2025 | 17:21
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub, həmçinin Ümummilli Liderin Azərbaycan dövləti üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Tədbir bədii hissə ilə yekunlaşıb.