İdman turnirinin bağlanış mərasimi keçirilib
05 may 2025 | 17:18
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman turnirinin Bakı Dövlət Universitetində (BDU) bağlanış mərasimi keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə idman yarışlarının qalibləri elan edilib. Qaliblər kubok və medallarla təltif olunublar. İdman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatları Şahin İsmayılov və Naqif Həmzəyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, həmçinin Yasamal RİH-in məsul əməkdaşları iştirak ediblər.