Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti ekoloji aksiya həyata keçirib

26 aprel 2025 | 18:51

Yasamal rayonunun ictimaiyyəti 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yeni ekoloji aksiya həyata keçirib.  Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə paytaxtın Müşviqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası baş tutub.

Aksiyada Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının  sədri Bəxtiyar Nəbiyev, RİH və partiya nümayəndələri, həmçinin rayon fəalları və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.

Keçidlər