Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda bilik yarışması keçirilib

23 aprel 2025 | 16:59

23 aprel 2025-ci il tarixdə Yasamal rayonu ərazisində fəaliyyət göstərən 133 saylı tam orta məktəbdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə Bakı şəhəri üzrə regional mərhələsi keçirilib.

Dövlət Himninin səslənməsindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra yarış açıq elan edildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova və Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxış edərək “Zəkaların mübarizəsi" olimpiadasının gənclərin intellektual inkişafı üçün mühüm bir platforma olduğunu vurğulayıb, komandalara uğurlar arzuladılar.

Komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla, beş müxtəlif istiqamət üzrə sualları cavablandırıblar.  Yasamal rayonunu təmsil edən komanda ümumi nəticələrə görə yarışın final mərhələsinə vəsiqə qazanıb.

Keçidlər