Şriftin ölçüsü :

Saytın rəngi :

Autizmli uşaqların ailələrinə dəstək tədbiri keçirilib

04 aprel 2025 | 13:10

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” ictimai birliyinin və “Ülkər Psixologiya Departamentinin dəstəyi ilə  04 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş "Rəngli Dünyalar:- Autizm və Sevgi" adlı tədbir təşkil olunmuşdur.

Tədbirdə əsas məqsəd autizmli uşaqların ailələrinin qarşılaşdığı problemlər, ailələrin autizmlə apardığı mübarizə və autizmli uşaqların ailələrinin övladlarının inkişafına göstərdiyi diqqət və qayğı, autizmli uşaqları cəmiyyətə necə qazandırmalı olduqları haqqında məlumat verilmişdir.. Tədbirdə autizmli  uşaqların ifasında bədii hissə təqdim olunub, uşaqların ifasında mahnı, ana-bala rəqsi, ana və balanın dueti, vals, şer, musiqi alətində ifa, intellektual söz yarışması və s. təqdim  olunmuşdur.

Tədbir zamanı Autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək autizmli uşaqların analarını qəhrəman və fədakar analar adlandırdı, onların övladlarına olan sevgisindən və onlara qarşı səbrli olmalarından söz açdı. Qeyd etdi ki, belə anaların sayəsində bu uşaqlar bu gün burada xüsusi istedada malik olduqlarını nümayiş etdirdilər, bu valideynlər onların əllərindən tutub işıqlı gələcəyə aparırlar, kim bilir, bəlkə də bir gün onlar tam sərbəst, kimsəyə ehtiyacları olmadan cəmiyyətin qoynuna atılacaqlar. Sonda iştirakçı uşaqlara həvəsləndirici hədiyyələr və təşəkkürnamələr, autizmli uşaqların analarına isə “Fədakar ana” diplomu təqdim olundu.

Keçidlər