Yasamal rayon ictimaiyyəti Novruz bayramını təntənə ilə qeyd edir
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin Novruz bayramına hazırladığı filmə baxış keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz buraxdığından söz açıldı, qeyd olundu ki, Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşmuşdur
Azərbaycan xalqının adət-ənənələrinin doğma torpaqlarımızda yenidən qeyd olunması 32 ildən sonra öz yurduna qayıdan insanları qürurlandırıb. Bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ torpaqlarında bayram tonqalları qalanır.
Yasamal rayonunda İlaxır çərşənbənin möhtəşəmliyinə incəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına xoş anlar yaşatdı.