Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri üçün iftar süfrəsi açılıb

17 mart 2025 | 20:25

Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri üçün Təzə Pir məscidində iftar sürfəsi açılıb. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələrinin üzvləri, qazilər,aztəminatlı şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və rayon bələdiyyəsinin rəhbərliyi, millət vəkilləri, ali məktəb rektorları, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, dini qurumların və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Tədbirdə Qurandan surələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət edildi, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu.  İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər