Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Vətən müharibəsi tarixi, Azərbaycanın Ərazi Bütövlüyünün Bərpası, – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

28 fevral 2025 | 17:38

28 fevral 2025-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində Bakı Şəhər İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının əməkdaşlarının, şəhid ailələrinin, Vətən Müharibəsi qazilərinin, rayonun təhsil ictimaiyyətinin nümayəndələri və tələbə-müəllim heyətinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr olunmuş “Vətən müharibəsi tarixi, Azərbaycanın Ərazi Bütövlüyünün Bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

Tədbir Dövlət Himninin səslənməsindən, torpaqlarımızın azadlığı uğrunda  canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kitab haqqında videoçarx tədbir iştirakçılarına təqdim olundu. 

Təqdimat mərasimini giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova bildirib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam doğruldub. Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiya İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.  

Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, "Zəfər tarixi” dərsliyinin müəllifi Pərviz Ağalarov kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin   müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili  və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışdır.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qeyd edib ki, kitabda Prezidentin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.

Tədbir kollecin tələbələrinin ifasında bədii hissə ilə davam edib, sonda xatirə şəkli çəkilib.

Keçidlər